Müəlliflər üçün Məlumat

1. Jurnala məqalələr azərbaycan, rus, ingilis dillərində qəbul edilir.

2. Jurnala təqdim edilən məqalələrin quruluşu:

–  müəllif haqqında məlumat (A.S.A (tam açıq şəkildə), elmi dərəcə, təmsil etdiyi müəssisə,ünvan (poçt indeksi, ölkə, şəhər, küçə)), elektron poçt ünvanı – sağdan qeyd edilməli;

–  UOT nömrə – soldan qeyd edilməli;

–  Məqalənin adı (12 sözə qədər) – mərkəzdən,böyük hərflərlə yazılmalı;

–  Məqalənin yazıldığı dildə «Xülasə» (100-200 söz);

–  Məqalənin yazıldığı dildə «Açar sözlər» (6-8 söz);

–  Məqalənin mətni;

–  İstifadə edilmiş ədəbiyyat siyahısı (10-15 mənbə);

–  Məqalənin yazıldığı dildən əlavə 2 dildə  «Xülasə» və  «Açar sözlər» (hər ikisində müəllif haqqında məlumat və məqalənin adı göstərilməli).

Xülasədə tədqiqatın məqsədi, metodologiyası, tətbiqi əhəmiyyəti, nəticələri, orijinallığı və elmi yeniliyi qısa şəkildə əks etdirilməlidir.

3. Məqalənin mətninin quruluşu.

Jurnala təqdim edilən məqalələrin mətni Giriş, Əsas mətn (yarımbaşlıqlar istifadə edilə bilər) və Nəticə hissələrindən ibarət olmalıdır. Girişin məzmunu müəllif tərəfindən müəyyən edilir. Mətndə yarımbaşlıqlar olduğu halda, onların adı ortadan, qalın şriftlə verilir. Nəticədə tədqiqatın əsas nəticələri ümumiləşdirilmiş şəkildə verilir.

4. Məqalənin mətninin tərtibi.

–   Format – A4;

–   Times New Roman  – 12 şrift;

–   İnterval -1;

–   Həcmi- 9-13səhifə;

–   Məsafələr: sol – 2,5 sm; sağ – 2,5 sm; aşağıdan – 3 sm; yuxarıdan – 3,5 sm;

–   Cədvəllər, şəkillər, diaqramlar, sxemlər və qrafiklər rənqli və yüksək keyfiyyətli olmalıdır. Cədvəllər, şəkillər, diaqramlar, sxemlər və qrafiklərin adları və sıra sayları yazılmaqla mətndə verilməli. Cədvəllərin və diaqramların adları və sıra sayları cədvəlin üst tərəfində, şəkil­lərin,  sxemlərin, qrafiklərin, adları və sıra sayları isə şəklin altında yazılmalıdır. 

5. Məqalələrin təqdim edilməsi:

QEYD: Fəlsəfə doktoru proqramı üzrə doktoranturada və yaxud dissertanturada təhsil alan müəlliflər, məqaləni təqdim edərkən məqaləyə elmi rəhbərin rəyi mütləqdir!

6. Ədəbiyyat siyahısının tərtibatı.

Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. üstünlük verilməlidir. Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Dissertasiyaların tərtibi qayda­ları» barədə qüvvədə olan təlimatının «İstifadə edilmiş ədəbiyyat» bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürül­məli.

Məqalənin mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrə­lən­məlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir. Məsələn: [115, s.32-33] və ya (115, s.32-33). 

Məqalənin mətnində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə ardıcıl nömrələnərək siyahıda göstərilir. Siyahı aşağıdakı ardıcılıqla tərtib olunmalıdır: normativ-hüquqi aktlar, əlifba sırası ilə dillər üzrə ədəbiyyatlar, internet resurslar.

Redaksiyaya daxil olan bütün məqalələr plagiat proqramında unikallığa yoxlanılır (daxil olan məqalədə plagiat aşkarlanarsa və sübut edilərsə məqalə redaksiyə tərəfindən qəbul edilmir) və  redaksiya tərəfindən 2 ano­nim resenzentə təqdim edilir (iki tərəfli anonim resenziya tətbiq edilir). Resenzentlər hər məqaləyə dair öz fikirlərini, məsləhətlərini, iradlarını və məqalənin çapa qəbul edilməsi, düzəlişlər üçün müəllifə qaytarılması və yaxud çap edilməməsinə dair  rəy bildirirlər (resenziya forması üzrə). Resenziyanın nəticəsi barədə məlumat müəllifə 5-10 gün ərzində bildirilir.